Qarabağ Zirəni sınağa çəkəcək

10.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Premyer Liqanın XIII turuna yekun vurulacaq. Sport24.az xəbər verir ki, 13-cü oyun həftəsinin son matçında "Qarabağ" "Zirə"ni qonaq edəcək.

"Tofir Bəhramov"da baş tutacaq qarşılaşma ərəfəsində komandaların düşərgəsində fərqli ab-hava yaşanır. Qurban Qurbanovun komandası cümə axşamı Avropa Liqasının Liqa mərhələsinin IV turunda Norvçdə "Bodo Qlimt"i məğlub etməyi bacardısa, "qartallar" Premyer Liqanın III turundan təxirə salınmış matçda "Araz-Naxçıvan"a yenilib. Qəsəbə təmsilçisi ilk "üçlük"dən çox da aralı düşməmək üçün bu oyundan üzüağ çıxmalıdı.

Qeyd edək ki, görüşün start fiti saat 19:00-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XIII tur

19:00. "Qarabağ" - "Zirə"

 Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью