Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir. Bu gün Misli Premyer Liqasında 14-cü tura start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq. Lider “Qarabağ” əsas izləyicisi “Zirə”nin qonağı olacaq.
Meydan sahibləri qələbə qazana bilsələr, zirvəyə şərik olacaqlar.
Misli Premyer Liqası 14-cü tur 6 dekabr “Zirə” – “Qarabağ” Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 17:00. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.