Qarabağ zonasında 2270.7 hektar ərazi minalardan təmizlənib

04.11.2024

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Azad olunan ərazilərdə oktyabrın 28-dən noyabrın 3-nə qədər 73 tank əleyhinə mina, 164 piyada əleyhinə mina, 7421 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2270.7 hektar ərazi minalardan təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью