“Qarabağ” Zubirin getdiyini Rəsmən açıqladı

16.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı

“Qarabağ” futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Klub 34 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib:

“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!”

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.

O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью