Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çox vacib qələbə qazandıq”.
İdman.biz xəbər verir ki, bunu “Olimpiakos”un futbolçusu Ayub El Kaabi deyib.
Avropa Liqasının Liqa mərhələsinin VIII turunun “Qarabağ”la matçında 2 qol vuran hücumçu qarşılaşma haqda fikirlərini “Cosmote TV” açıqlayıb: “Birbaşa 1/8 finala vəsiqə qazanmağı bacardıq. Qarşıdakı bir oyuna baxa-baxa irəliləyirik. “Olimpiakos” böyük tarixə malik komandadır. Əla oyunçularımız və möhtəşəm azarkeşlərimiz var. Hamımız istəyirik və inanırıq ki, Avropa Liqasının qalibi ola bilərik. Niyə də olmasın?”.
Qeyd edək ki, “Qarabağ”a 3:0 hesabı ilə qalib gələn “Olimpiakos” ötən mövsüm Konfrans Liqasının qalibi olub.
İdman.biz