“Qarabağ”a 2 qol vurmuşdu “Qalatasaray” 17 milyon ödəyir

25.12.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qalatasaray" "Lion"un futbolçusu Jorj Mikautadzeni heyətinə cəlb etmək istəyir. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İstanbul klubu gürcü hücumçu üçün 17 milyon avro və əlavə bonus ödəməyə hazırdır. Lakin Fransa klubu Mikautadzenin komandaya yayda keçdiyinə görə daha çox pul qazanmaq istəyir. 

Qeyd edək ki, Jorj Mikautadze bu mövsüm "Lion"un heyətində 21 matça çıxaraq 7 qol vurub (həmçinin Bakıda "Qarabağ"a 2 qol vurmuşdu) və 1 qolun ötürməsini edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью