“Qarabağ”a 20 mindən çox macar azarkeş təzyiq göstərəcək biletlər tükəndi!

19.08.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu dolu tribunalar önündə keçirəcək.

“Football-plus.az” xəbər verir ki, bu barədə “penzcentrum.hu” saytı məlumat yayıb. Macar həmkarlarımız Ağam təmsilçisinin “Ferenstvaroş”un qonağı olacağı matç üçün satışa çıxarılan biletlərin tükəndiyini açıqlayıb:

“Bütün biletlər satıldı. Hətta “Qızıl dəhliz” sektoru üçün ayrılan ən bahalı biletlər də sahibi tapdı. Bu, “Ferentsvaroş” üçün xoş xəbərdi. Çünki “yaşıl qartallar”ın “Qarabağ”ı məğlub etmək üçün fantastik azarkeş dəstəyinə ehtiyacı var”.

Maraq üçün qeyd edək ki, matçın keçiriləcəyi “Qroupama Arena” 23 min 700 yerlikdi. Adı çəkilən stadion Macarıstanın “Ferents Puşkaş” (67 min 155 yerlik) arenasından sonra ikinci ən böyük idman qurğusudu.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью