“Qarabağ”a 58%, “Sabah”a 42% şans verildi

01.08.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" və "Sabah" komandalarının avrokubokların pley-off mərhələsinə vəsiqə qazanmaq şansları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"la dueldə mərhələ adlamaq ehtimalı 42 faiz göstərilib. Rəqibdə bu rəqəm 58 faizdir.
"Sabah"dan fərqli olaraq "Qarabağ" cütün favoritidir. "Köhlən atlar" Konfrans Liqasındakı eyni mərhələdə Ukraynın "Dinamo" (Kiyev) komandası ilə qarşılaşacaq. Ağdamlıların pley-offa yüksəlmək şansı 58, rəqibdə 42 faizdir.
Qeyd edək ki, avrokuboklarda III təsnifat mərhələsinin ilk oyunları növbətu həftə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью