Qarabağa girişlə bağlı mübahisə: İcazə sistemi kimlər üçün sadələşdirilib? | Icma.az
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosioloq Elçin Bayramlı sosial şəbəkə hesabında qeyd edib ki, Qarabağa getmək üçün xüsusi icazə almaq lazımdır.
Bəli, doğrudur, amma bu sistemdə çoxsaylı əməliyyatları yerinə yetirdikdən sonra sonda daha bir sürpriz qarşınıza çıxır.
Sizdən VÖEN-ə malik olmağınız tələb olunur. Yəni, yalnız sahibkarlar, biznesmenlər üçün icazə verilir.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasətçi-jurnalist Cavanşir Abbaslı bildirib ki, Qarabağın artıq işğaldan azad olunmasının 5 illiyinə az bir zaman qalıb.
Təəssüflər olsun ki, bu müddət ərzində hələ də Azərbaycan insanının azad edilmiş torpaqlarımıza gedişi ciddi şəkildə problemlərlə üz-üzədir.
Cavanşir Abbaslının sözlərinə görə, sahibkarların, iş adamlarının, biznesmenlərin gedişləri daha çox sadələşdirilir.
Əslində o yerlərə daha çox sadə vətəndaşlar böyük ruhla getməlidir.
Tam oxu
Xəbəri oxu