Sportal.az saytına istinadən Icma.az xəbər verir. "Araz-Naxçıvan"ın qolkiperi Kristian Avram Sportal.az saytına müsahibə verib.
Moldovalı qolkiper bu gün Misli Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri görüşdən gözləntilərini bölüşüb.
- Sonuncu dəfə üçüncü turdan təxirə salınmış matçda "Zirə"ni səfərdə məğlub etdiniz. Görüş sizin üçün necə alındı? - Çox yaxşı oyun oldu.
Biz bilirdik ki, çox ağır, çətin oyun olacaq. Amma sona qədər mübarizə apardıq. Nəticədə qələbə qazandıq. Həqiqətən çox yaxşı idi.
- Bir müddət əvvəl "Zirə" ilə 1:1 bərabərə qalmışdınız. Bu dəfəki matç fərqli alındı, yoxsa oxşar görüşlər idi?
- Hər iki görüş arasında çox müddət olmadı. Amma fərqli-fərqli oyunlar idi. Məncə, bu dəfəki görüşdə sanki sonluğu daha yaxşı gətirdik.
Ona görə də sonda qələbə qazanmağı bacardıq. "Zirə"ni səfərdə məğlub etməyimiz bütün komandamızın əməyidir.
Məşqlərdə etdiklərimizi oyunda tətbiq etməyi bacardıq. Ona görə də sonda qələbəni qazandıq.