Qarabağa necə getmək olar? Yeni marşrutlar, yeni fürsətlər | Icma.az
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan vətəndaşları işğaldan azad olunan ərazilərə turist kimi səfər etmək arzusundadırlar.
Bu, yaxın və uzaqda, şəhər və rayonda, ucqar dağ kəndində və ya aranda yaşamasından asılı olmayaraq hər bir vətəndaşımızın ürəyindən keçir.
Əgər dünənə qədər vətəndaşlar öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər edə bilirdilərsə, artıq bu siyahıya Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə də əlavə olunub.
"Böyük Qayıdış" proqramı ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün istiqamətləri genişləndirməkdədir.
Amma səfər etmək istəyənlərin hamısının içində cavab axtardığı "Qarabağa necə gedək?" sualı var.
"Hurriyyet" "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir: Maksimum doqquz nəfər üçün icazə alına bilər Mayın 20-dən etibarən vətəndaşlar "Yolumuz Qarabağa" portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə yuxarıda qeyd edilən yeni istiqamətlərə də səfər edə biləcəklər.
Fərdi minik avtomobillərində səfər üçün bir sürücü olmaqla, maksimum doqquz nəfərə alına bilər.
Tam oxu
Xəbəri oxu