“Qarabağ”a qarşı oyundan öncə “Ayaks”ın qapıçısından ehtiyatlı açıqlama

09.12.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”la qarşılaşacaq “Ayaks” komandası Bakıda mətbuat konfransı keçirib.

İdman.Biz xəbər verir ki, Niderland təmsilçisinin qapıçısı Viteslav Yaroş qarşılaşma öncəsi verdiyi açıqlamada komandanın son dövrdə inkişaf etdiyini vurğulayıb.

Qolkiper “Ayaks”da hər şeyin yaxşı keçdiyini bildirib:

“Komandamız son matçlarda xeyli irəliləyiş göstərib. Son iki oyuna əsasən bunu açıq şəkildə deyə bilərəm. “Qarabağ”a qarşı yaxşı oyun göstərəməyə çalışacağıq”.

Ağdam təmsilçisi ilə “Ayaks” arasında görüş dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью