“Qarabağ”a qarşı qərəzli qərarlar verən hakim KİMDİR? VİDEO

22.01.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, dünən baş tutan "Qarabağ" - "Ayntraxt" qarşılaşması baş hakim Sandro Şererin qərəzli qərarları ilə diqqət çəkib. Belə ki, oyunun 74-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kamilo Duran cərimə meydançasında rəqib futbolçunun müdaxiləsi ilə yerdə qalıb.
Lakin hakim “Ayntraxt”ın qapısına penalti təyin etməyib.  
Epizoddan cəmi 2 dəqiqə sonra, oxşar vəziyyətdə rəqib futbolçu cərimə meydançasında yıxıldıqda isə Şerer heç bir tərəddüd etmədən “Qarabağ”ın qapısına penalti təyin edib. 

Doğrudur, bu cür qərarlara baxmayaraq “Qarabağ” rəqib üzərində əzmkar qələbə qazandı. Ancaq hakimim qərəzli yanaşması diqqətdən kənarda qala bilməz.
Sandro Şerer kimdir?
Bizim.Media xəbər verir ki, isveçrəli hakim Sandro Şerer 1988-ci ildə anadan olub. O, 2015-ci ildən bəri FİFA referisidir. İsveçrəli hakim 2017-ci ildən bəri beynəlxalq oyunları idarə edir.
“Qarabağ”ın dünənki oyununda baş verənlər Şererin ilk qərəzli, yanlış qərarı deyil. O, 2021-ci ildə baş tutan “Galatasaray” – “Lokomativ Moskva” matçında daha kobud səhvlə yadda qalıb. Şerer “Lokomotiv”in futbolçusuna 2 dəfə sarı kart göstərsə də, qırmızı kart çıxarmayıb. Beləcə Rusiya təmsilçisinin futbolçusu Jviqlyadov 2 sarı kart almasına baxmayaraq, oyunda qalmağa davam edib. 

Şerer 2022-ci ildə Çempionlar Liqasında baş tutan “İnter”-“Viktoriya Plzen” matçındakı qərarları ilə də tənqid hədəfinə tuş gəlib. Həmin vaxt İtaliya mediası Şereri sərt müdaxilələr edən futbolçuları cəzalandırmadığı üçün tənqid etmişdi.
2024-cü ildə “Portuqaliya” – “Gürcüstan” matçında Şererin Kriştino Ronaldo ilə mübahisəsi gündəm olmuşdu. Portuqaliyalı superulduz Gürcüstanın qapısına penalti təyin etmədiyi üçün hakimlə sərt mübahisə etmişdi.

Göründüyü kimi, Şererin ədalətsiz qərarlarının ilk hədəfi “Qarabağ” deyil. O daha əvvəl də oxşar yanlışları ilə futbol cameəsində tənqid hədəfinə çevrilib.
Qeyd edək ki, "Qarabağ" - “Ayntraxt” görüşü təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda “Qarabağ” 10 xalla Çempionlar Liqasında 17-ci pillədə qərarlaşıb.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью