Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Millət vəkili Razi Nurullayev təklif edib ki, Qarabağda vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin.
O, bu barədə mayın 30-da keçirilən parlamentin iclasında danışıb.
Deputat bərpa olunmalı evlərin sayının çox olduğunu və hökumətin öz üzərinə “böyük məsuliyyət və öhdəlik götürdüyünü” deyib.
Millət vəkili bu yükün ağır olduğunu qeyd edərək vətəndaşların da bu proseslərdə əsas iştirakçıya çevrilməsini istəyib.
Maraqlıdır, bu təklif nə dərəcədə effektiv və real ola bilərdi? Mövzunu KONKRET.az-a politoloq Natiq Miri şərh edib.
Natiq Miri “Bu cür yanaşmalar yalnız istisna hallarda mümkündür və ümumi planlaşdırılmış dövlət siyasətinə ziddir.
Dövlətin əsas prioriteti evlərini, həyətyanı sahələrini, mülklərini və bütün həyatlarını itirmiş 800 minə yaxın vətəndaşın sosial təminatını və təhlükəsiz şəraitdə yurdlarına dönüşünü təmin etmək olmalıdır.