“Qarabağ”a qol vuran hücumçu silahlı hücuma məruz qaldı

02.12.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Lion"un futbolçusu Jorj Mikautadze silahlı hücuma məruz qalıb. Sport24.az xəbər verir ki, quldurlar gürcü hücumçunun evinə hücum edib və 250 min avroluq əşya oğurlayıb.

Evə girən qarətçilər Mikautadzeni ölümlə hədələyib və əşyalarını, saatını götürüb. Futbolçu fiziki şiddətə məruz qalmayıb.

Mikautadze bir neçə gün əvvəl Avropa Liqasında "Qarabağ"la oyunda (4:1) iki qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью