Qarabağa səfərlər müvəqqəti dayandırılıb

30.06.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


30 iyun-6 iyul tarixlərində işğaldan izad edilmiş ərazilərdə keçiriləcək dövlət tədbiri ilə əlaqədar “Yolumuz Qarabağ”a portalından 9 istiqamət üzrə (Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Laçın) gedişlər ləğv olunub.
Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər.
Qeyd edilib ki, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib. Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.(APA)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью