Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli premyer-liqasında 13-cü tur ilk növbədə sülhsevərliyi ilə yadda qaldı. Beş oyunun üçündə heç-heçə qeydə alındı.
Eyni turda üç bərabərliyə sonuncu dəfə ötən mövsümün 14-cü turunda təsadüf olunmuşdu.
Ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.Bəs turla bağlı başqa hansı maraqlı məqamlar var?
Tur “Neftçi Arena”da keçirilən “Neftçi” – “Şamaxı” oyunu ilə start götürdü.
Samir Abasovun gəlişindən sonra “ağ-qaralar” yalnız “Səbail”lə oyunda qələbə qazanmışdı.
Onlar ev oyununun ilk üç dəqiqəsində iki qol vurandan sonra hər kəs növbəti qələbənin “cibdə olduğunu” düşündü.
Amma fərdi səhvlər, müdafiəçilərin faciəvi oyunu gətirib ona çıxardı ki, “Neftçi” meydandan 1 xall ayrıldı.