Qarabağda 10 mindən çox abonent təbii qazla təmin olunub FOTO

20.10.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində əhalinin dayanıqlı və etibarlı təbii qazla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Moderator.az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həmin ərazilərdə yaradılan və yenidən qurulan qaz infrastrukturu hesabına yaşayış məntəqələrinin qaz təchizatı mərhələli şəkildə təmin olunur. Hazırda işğaldan azad olunmuş ərazilərdə təbii qazla təmin olunan 10 665 əhali abonenti qeydiyyata alınıb.

Təbii qazla təmin olunan ərazilər üzrə abonentlərin sayı belədir:

Ağdərə rayonu – 769 abonent

Laçın rayonu – 1 019 abonent

Şuşa şəhəri – 42 abonent

Xocalı rayonu – 1 411 abonent

Xankəndi şəhəri – 2 930 abonent

Cəbrayıl şəhəri – 1 643 abonent

Zəngilan rayonu – 575 abonent

Kəlbəcər şəhəri – 163 abonent

Ağdam rayonu – 1 181 abonent

Xocavənd rayonu – 932 abonent

Beləliklə, hazırda işğaldan azad olunmuş 10 şəhər və rayonda 10 665 əhali abonenti təbii qazla təmin olunur. İşğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması və əhalinin doğma yurdlarına qayıdışının davam etdirilməsi ilə qaz infrastrukturunun genişləndirilməsi və yeni abonentlərin təbii qaz şəbəkəsinə qoşulması istiqamətində işlər də mərhələli şəkildə davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью