Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”– Reabilitasiya Məntəqəsində ötən il əlilliyi olan 1,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib. 218 şəxsə 1365 reabilitasiya vasitəsi təqdim edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev məlumat verib.
Posmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxsə reabilitasiya xidmətlərinin göstərildiyi, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edildiyi qeyd olunub.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin