Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20.09.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 3 723-nün məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib. Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью