Qarabağda 4300dən çox iş yeri açılacaq

25.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“İşğaldan azad olunmuş ərazilərə 232 milyon ABŞ dolları məbləğində investisiyanın qoyulması və orada 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Dövlət əmlakının özəlləşdirilməsi prosesi də uğurla davam etdirilir. Özəlləşdirməyə görə bu ilin 10 ayında büdcəyə 108 milyon manat daxil olub”, – deyə nazir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью