“Qarabağ”da ayrılıq ehtimalı: Kaşuka Ukraynadan təklif

13.10.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk klubdan ayrıla bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı vingerin karyerasını ölkəsində davam etdirmək ehtimalı var.
Belə ki, "Polesye" klubu Kaşukun xidmətində maraqlıdır. Ukrayna təmsilçisinin qış "transfer pəncərəsi"ndə futbolçunu heyətinə qatmağa çalışacağı bildirilir.
Kaşukun "Qarabağ"la müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Bununla belə, Ağdam klubu futbolçu ilə sözləşməni yeniləmək üçün danışıqlar aparır.
Qeyd edək ki, "Polesye" bu il "Qarabağ"dan Leandro Andrade-ni də heyətinə qatıb.
Xatırladaq ki, Aleksey Kaşuk 2024-cü ildən "Qarabağ"ın formasını geyinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью