Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağb
Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Uzunluğu 123,6 km olan bu yolun tikintisi hazırda 93% səviyyəsində tamamlanıb.
Yolun texniki göstəriciləri və xüsusiyyətləri: Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilməsini təmin edir.
Yolun ümumi uzunluğu 149,9 km təşkil edir. Əsas yolun uzunluğu isə 123,6 km-dir.
Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır.
Yolun eni 14-21 m arasında dəyişir, torpaq yatağının eni 21.5-29.5 m, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib.
Bu, nəqliyyatın rahat və təhlükəsiz axınına zəmin yaradır. Layihə çərçivəsində 261 boru (16 814 m), 55 alt keçid (3781 m) və 28 körpü (2090