Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan şəxslərin Bakıda keçirilən məhkəmə prosesində verdikləri ifadələr Ermənistanda rezonans doğurub.
Qarabağdakı keçmiş qondarma rejimin “rəhbərlərindən” olmuş Arkadi Qukasyanın açıqlaması ermənilər arasında birmənalı qarşılanmayıb.
Qukasyan 44 günlük müharibənin ikinci günündə digər keçmiş “lider” Bako Saakyanla birlikdə Qarabağa getdiyini, Araik Arutyunyanla görüşdüyünü və ondan müharibənin dayandırılması üçün səy göstərməyi istədiyini bildirib.
Ermənistan KİV-də sözügedən görüşün bunkerdə baş tutduğuna dair məlumatlar yayılıb.
Hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın da həmin vaxt orada olduğu iddia edilir.
Turkustan.az xəbər verir ki, Saakyanın sabiq müşaviri, Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Bakonun bunkerdəki görüşə qatılmadığını deyib.
“Paşinyanla Saakyan arasında müharibə müddətində heç bir dialoq olmayıb.