Qarabağda daha 237 mina aşkarlanıb

04.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.10.2024 - 03.11.2024) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 164 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 7421 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 270,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью