Qarabağda daha 51 mina, 504 PHS aşkarlandı

05.05.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.04.2025 -04.05.2025) açıqlanıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 32 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 504 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 416,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью