Icma.az bildirir, Apa.az portalına istinadən.
2026-cı ilin yanvar-sentyabr aylarında Qarabağ iqtisadi rayonunda 547,9 min ton dənli və dənli paxlalı bitkilər yığılıb.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.
Ən çox məhsul Ağcabədi rayonunda (181,5 min ton), Füzuli rayonunda (146,6 min ton) və Bərdə rayonunda (69,1 min ton) əldə edilib. Ağdamda 56,3 min ton, Xocavənddə 34,9 min ton, Tərtərdə 34,3 min ton, Xocalıda 14,9 min ton, Ağdərədə 5,7 min ton, Şuşada isə 4,6 min ton məhsul yığılıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək artım Xocalı rayonunda qeydə alınıb, məhsul yığımı 2,3 dəfə artıb. Həmçinin Tərtərdə 25,5 faiz, Şuşada 18,5 faiz, Bərdədə 13,2 faiz, Ağcabədidə 8,1 faiz, Xocavənddə 6,1 faiz, Füzulidə isə 4,4 faiz artım müşahidə edilib. Ağdamda 12,8 faiz, Ağdərədə isə 21,1 faiz azalma qeydə alınıb.