Qarabağda dənli və paxlalı məhsullar 7,5 faiz artıb

28.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar–sentyabr aylarında Qarabağ iqtisadi rayonunda 547,9 min ton dənli və dənli-paxlalı bitkilər yığılıb. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqa­yisədə 7,5 faiz çoxdur.

Dövlət Statis­tika Komitəsinin yaydığı məluma­ta görə, ən çox məhsul Ağcabədi rayonunda (181,5 min ton), Füzuli rayonunda (146,6 min ton) və Bərdə rayonunda (69,1 min ton) əldə edilib. Ağdam­da 56,3 min ton, Xocavənddə 34,9 min ton, Tərtərdə 34,3 min ton, Xo­calıda 14,9 min ton, Ağdərədə 5,7 min ton, Şuşada isə 4,6 min ton məhsul yığılıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək artım Xocalı rayonunda qeydə alınıb, məhsul yığımı 2,3 dəfə artıb. Həmçinin Tərtərdə 25,5 faiz, Şuşada 18,5 faiz, Bərdədə 13,2 faiz, Ağcabədidə 8,1 faiz, Xocavənddə 6,1 faiz, Füzulidə isə 4,4 faiz artım müşahidə edilib. Ağdamda 12,8 faiz, Ağdərədə isə 21,1 faiz azalma qeydə alınıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью