Qarabağda döyüşmüş kəşfiyyat komandiri saxlanıldı

27.04.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda Qarabağdakı bütün müharibələrin iştirakçısı, kəşfiyyatçı, xüsusi təyinatlı dəstənin komandiri Artur Avanesyan (Kandaz) saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

O, iş adamı, baş nazirliyə iddialı müxalifət lideri Samvel Karapetyanın tərəfdarıdır.

Məlumata Artur Avanesyan “seçkiqabağı vəd vermək” ittihamı ilə saxlanılıb. İddiaya görə, o, kimləsə telefon danışığında “əgər hakimiyyətə gəlsələr, onun üçün yaxşı olacağını” deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью