Qarabağda döyüşmüş komandir barədə qərar dəyişdirildi

24.09.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda Qarabağdakı bütün müharibələrin iştirakçısı, kəşfiyyatçı, xüsusi təyinatlı dəstənin komandiri Artur Avanesyan (Kandaz) həbsdən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, "Güclü Ermənistan" partiyasının təhlükəsizlik qrupunun rəhbəri və "Kandaz" ləqəbi ilə tanınan keçmiş kəşfiyyat zabiti Artur Avanesyan haqqında məhkəməyəqədərki həbs qətimkan tədbiri dəyişdirilib.

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə onun ev dustaqlığı inzibati nəzarət və səyahət qadağası ilə əvəz edilib.

Artur Avanesyan 28 apreldə səs almaq cəhdi ittihamı ilə həbs edilib. İyunun sonlarında məhkəmə onun məhkəməyəqədərki həbs qətimkan tədbirini ev dustaqlığı və səyahət qadağası ilə əvəz edib.
Artur Avanesyan iş adamı, baş nazirliyə iddialı müxalifət lideri Samvel Karapetyanın adamı kimi tanınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью