Qarabağda döyüşmüş polkovnik saxlanıldı

25.06.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan hüquq-mühafizə orqanları polkovnik Miqran Maxsudyanı saxlayıblar.
Modern.az xəbər verir ki, bu barədə onun oğlu yerli KİV-ə bildirib.
Miqran Maxsudyan İstintaq Komitəsinə aparılıb. Onun evinə axtarış həyata keçirlib.
Saxlanılan polkovnik dövlət çevrilişinə cəhddə suçlanan dəstə ilə əlaqədə şübhəli bilinir. Miqran Maxsudyan Qarabağ müharibəsində azərbaycanlılara qarşı döyüşüb.
Ermənistan hüquq-mühafizə orqanlarının daha əvvəl yaydığı məlumata görə, "Müqəddəs mübarizə" təşkilatı və "Daşnaksütyun" partiyası keşiş Baqrat Qalstanyanın rəhbərliyilə hakimiyyət çevrilişinə cəhd göstərib.
Hazırda "Daşnaksütyun" partiyasının bir qrup üzvü axtarışdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью