Qarabağda gözlənilməz ayrılıq KARYERASINI AVROPADA DAVAM ETDİRƏCƏK

07.11.2024

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"da ayrılıq baş verə bilər

Apasport.az saytına verilən məlumata görə, Leandro Andrade komandanı tərk etməyə yaxındır

Kabo-verdeli futbolçunun xidmətində bir çox klublar maraqlıdır. Onu heyətinə qatmaq istəyən komandalardan biri də “Krasnodar”dır. 

Belə ki, Rusiya Premyer Liqası təmsilçisinin transfer siyahısında Andrade də yer alıb. “Krasnodar” onun keçidini qışda reallaşdırmaq istəyir.

Yarımmüdafiəçi yayda "Srvena Zvezda"ya keçməyə yaxın olsa da, son anda razılaşma əldə olunmadı və Andrade komandada qaldı.

Qeyd edək ki, “Krasnodar”ın baş məşqçisi “Sabah”ın sabiq çalışdırıcısı Murad Musayevdir. Komanda 12 turdan sonra 30 xalla liderdir. 

Əlavə edək ki, Leandro 2022-ci il yanvarın 13-də Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a keçib. Onun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

“Qarabağ” Norveç səfərində - YENİLƏNİR Rəşad Sadıqov: “Bunun səbəbini araşdıracağıq” Elmar Baxşıyev: “Bizim öz dəst-xəttimiz var” “Araz-Naxçıvan” əmin addımlarla irəliləyir - YENİLƏNİB I Liqa: “Qaradağ Lökbatan” mövsümdə ilk qələbəsini qazanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью