“Qarabağ”da heç 10 faiz olmur, “Neftçi”də isə… Sirri nədədir?

03.02.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan futbol gündəmi uzun illərdir əsasən iki klubun ətrafında formalaşır: “Neftçi” və “Qarabağ”. Hər iki komanda azarkeş sayına və tarixə görə ölkə futbolunda xüsusi yerə malikdir.

Lakin media mühitində bu iki klubla bağlı xəbərlərin oxunuş və maraq səviyyəsi arasında ciddi fərq müşahidə olunur. “Qarabağ”la bağlı materiallar daha çox diqqət çəkdiyi halda, “Neftçi” xəbərləri eyni marağı doğurmur. 

"FutbolPress" saytının baş redaktoru, tanınmış idman jurnalisti Elçin Cəlilov Ölkə.az-a açıqlamasında bildirib ki, hər sahədə olduğu kimi, futbolda da sənə marağı yaradan nəticələrindir.

Onun sözlərinə görə, məsələn, son oyunda 4:0 hesablı qələbə qazandığına görə “Neftçi” haqda paylaşımlara reaksiyalar dəfələrlə artıb:

"Bəzən bu teoriya işləməyə də bilir. “Qarabağ”ın avrokubok oyunlarında stadion dolur, ancaq ölkə çempionatı matçında 30 minlik arenanın heç 10 faizi dolmur. Yəni nə qədər nəticə amilinə bağlı olsa da, bizim azarkeşləri bu aspektdə çözmək asan deyil.

Onlar bəzən səndən TOP-5 liqalarındakı kimi oyun istəyir. Klubların təqdimatına, azarkeşlərlə işinə gəlincə, düşünürəm bu istiqamətdə də dəqiq nəsə demək olmaz. Misal çəkim, vaxtilə “Qəbələ” azarkeşlərin cəlbi üçün hər cür layihə işlədi, lakin effekt olmadı. Ancaq məsələn, Lənkəran təmsilçisi həvəskar liqada oynasa da, hər ev oyununa 3-4 min azarkeş gəlir. 

Gördüyümüz kimi, qarışıq məsələdir. Bu müəmmanın içində nisbətən dəqiq deyə biləcəyimiz bir şey var: yerli futbol ənənəsi. Məsələn, Gəncədə, Lənkəranda, Tovuzda bu var. Orda həmişə azarkeş az-çox olacaq. Ancaq digərlərinə gəlincə, çəkdiyimiz misallar kimi…"

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью