Qarabağda iki futbolçu ili vaxtından əvvəl başa vurdu

05.12.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ"ın iki futbolçusu ilin sonunadək meydana çıxmayacaq.

"Report"un əldə etdiyi məlumata görə, bunlar yarımmüdafiəçi Aleksey İsayev və müdafiəçi Kevin Medinadır.

Azərbaycan millisinin də üzvü olan A.İsayev bu gün əməliyyat olunacaq. Əvvəlcədən zədəsi olan oyunçu qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyacaq. O, təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Kevin Medina isə baldır əzələsinin gərilməsi ucbatından 4-6 həftə müalicə dövrü keçəcək. Kolumbiyalı legioner "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XV turunun matçında sıradan çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью