Qarabağda iki futbolçu ili vaxtından əvvəl başa vurdu

06.12.2024

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın iki futbolçusu ilin sonunadək meydana çıxmayacaq.

Sportal.az "Report"a istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi Aleksey İsayev və müdafiəçi Kevin Medinadır.

Azərbaycan millisinin də üzvü olan A.İsayev bu gün əməliyyat olunacaq. Əvvəlcədən zədəsi olan oyunçu qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyacaq. O, təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Kevin Medina isə baldır əzələsinin gərilməsi ucbatından 4-6 həftə müalicə dövrü keçəcək. Kolumbiyalı legioner "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XV turunun matçında sıradan çıxıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью