Qarabağda kanat yoluna 6.6 milyon manat xərclənib | Icma.az
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat xərclənib.
Modern.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq.
Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1 317 metr təşkil edəcək.
Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu