Qarabağda mina partlayışı: Traktor sürücüsü ağır yaralandı

11.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğaldan azad edilmiş ərazidə mina partlayışı baş verib.

Bakıvaxtı.az-ın Yenisabah.az-a istinadən məlumatına görə, hadisə bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlu çöllük ərazidə traktorla hərəkət edərkən minaya düşüb.

Partlayış nəticəsində o, ağır xəsarətlər alıb. İlkin məlumata əsasən, zərərçəkənin bir qolu və bir ayağı ciddi zədələnib.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью