“Qarabağ”da növbəti VİDA

11.02.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, 35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə Ağdam klubunda çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə bölgə təmsilçisinin formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb.

Riçard bu qış “Qarabağ”dan ayrılan üçüncü braziliyalı olub. Ona qədər Olavio Juninyo və Julio Romaoda klubla vidalaşıb.

Qeyd edək ki, ölkəmizdə “Zirə”nin formasını da geyinən yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью