“Qarabağ”da oynamış futbolçu Fransa klubunu necə məyus etdi? İdmanXəbər

15.01.2025

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”dan Braziliyanın “Flamenqo”ya klubuna keçən Olavio Juninyo “Sevilya” ilə bərabər daha bir Avropa klubunun maraq dairəsində olub.

İdmanxeber.az-a verilən məlumata görə, 28 yaşlı hücumçunun xidmətində “Lans” komandası da maraqlı olub. Fransa klubu futbolçuya rəsmi təklif də göndərib.

Ancaq Juninyo qəbul etməyib. O, təklif üçün qarşı tərəfə təşəkkür edib və karyerasını ölkəsində davam etdirmək istədiyini bildirib. 

Qeyd edək ki, 2023-cü ildən “Qarabağ”da çıxış edən Juninyo bu müddətdə 80 oyun keçirib, 42 qol vurub və 4 məhsuldar ötürmə edib. “Flamenqo” onu 5 milyon avro qarşılığında transfer edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью