Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05.08.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İşğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin vəziyyətinin öyrənilməsi məqsədilə 2020-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən müntəzəm monitorinqlər həyata keçirilir.

Modern.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, bu monitorinqlər çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğu, Laçın Dövlət Təbiət Yasaqlığı və Kəlbəcər rayonu daxil olmaqla müxtəlif ərazilərdə quraşdırılmış fototələlər vasitəsilə Bezoar keçisi, Avropa cüyürü, qonur ayı, Avropa vaşaqı, çöl donuzu, qamışlıq pişiyi və digər vəhşi heyvan növlərinin mövcudluğu qeydə alınıb.

Nazirlikdən verilən məlumata görə, monitorinqlərin mühüm nəticələrindən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirdiyi araşdırmalar zamanı 2024-cü ildə Kəlbəcər rayonu ərazisində Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş bəbirin ilk foto və video görüntülərinin əldə olunmasıdır. Bu fakt bəbirin həmin ərazidə mövcudluğunu elmi əsaslarla təsdiqləyən və növün bərpası baxımından xüsusi əhəmiyyət daşıyan mühüm nəticə kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью