Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın futbolçusu Renaldo Sefasın durumuna aydınlıq gəlib.
"Apasport"a verilən məlumata görə, yamaykalı futbolçunun MRT müayinəsinin nəticələrində əhəmiyyətli dəyişiklik aşkarlanmayıb.
26 yaşlı futbolçu qarşıdakı 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşqlərini davam etdirəcək. Bundan sonra onun vəziyyəti yenidən qiymətləndiriləcək.
Sefas “Qarabağ”a bu ilin yayında qoşulub. Ağdam təmsilçisi iyunun 25-də futbolçunu Rusiyanın “Pari Nijni Novqorod” klubundan transfer edib. Hər iki cinahda və mərkəz hücumçusu mövqeyində çıxış edə bilən yamaykalı ilə 3 illik müqavilə imzalanıb. Onun sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, “Qarabağ” Misli Premyer Liqasının VII turunda “İmişli” ilə qarşılaşacaq.
Günün matçları bu kanallarda – TV AFİŞA “Barselona” Rafinya ilə müqaviləni uzatdı – 2030-cu ilədək 4 məğlubiyyətdən sonra Montella: “3 ildə inanılmaz işlər görmüşük” Yamal “Golden Boy”a namizəd ola bilmədi “Çelsi” “Barselona”nın müdafiəçisini istəyir