Qarabağda strateji layihə

05.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat xəritəsində mühüm əhəmiyyət kəsb edən daha bir infrastruktur layihəsinin icrası sürətlə davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, Suqovuşan–Kəlbəcər magistralının 9-cu kilometrliyindən ayrılaraq Ağdərə və Ağdam istiqamətinə uzanan 33,8 kilometrlik yeni yolun çəkilişi intensiv fazaya daxil olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yürütülən layihə çərçivəsində yolun müxtəlif hissələri I, II və III texniki dərəcələrə uyğun olaraq 2 və 4 hərəkət zolaqlı layihələndirilib. Marşrut üzrə 4 yeni körpü və 56 suötürücü borunun inşası planlaşdırılıb, hazırda torpaq yatağının bərkidilməsi işləri aparılır. Tikinti ərazisində 76 texnika və 75 nəfərlik canlı qüvvə çalışır. İşlərin kəsintisiz aparılması üçün zonada xüsusi asfalt-beton zavodu və karxana materiallarını çeşidləyən istehsalat sistemi fəaliyyət göstərir.

Layihə yekunlaşdıqdan sonra Ağdam, Ağdərə, Suqovuşan və Kəlbəcər arasında kəsintisiz nəqliyyat dəhlizi yaranacaq ki, bu da Böyük Qayıdış proqramı çərçivəsində strateji gediş-gəlişi hərtərəfli təmin edəcək. pizza mizza


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью