Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Daxili İşlər Nazirliyinin (DİN) Maddi-Texniki Təminat Baş İdarəsi işğaldan azad olunmuş rayonlarda polis şöbələrinin infrastrukturunun yenidən qurulmasını davam etdirir.
“Yeni Sabah” xəbər verir ki, Baş İdarə tərəfindən Şuşa və Ağdam rayon polis şöbələrinin yeni inzibati binalarının tikintisi üçün ümumilikdə 18 268 325 AZN vəsait ayrılıb. Nəzərdə tutulan layihələr çərçivəsində Şuşa Rayon Polis Şöbəsinin binasının tikintisinə 8 838 092,86 manat, Ağdam Rayon Polis Şöbəsinin inzibati binasının inşasına isə 9 430 232,15 manat xərclənəcək.
Hər iki rayonda müasir standartlara cavab verən və zəruri infrastrukturla təmin edilmiş yeni inzibati binalar inşa olunacaq. Sezar pizza
Cəlalə Cəlalqızı