Qarabağda yaşayış məntəqələri 3 dəfə azaldılacaq | Icma.az
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hazırda Şərqi Zəngəzur iqtisadi rayonunun əhalisinin əsas hissəsini (237,9 min nəfər və ya 78,6%) kənd əhalisi təşkil edir ki, bunlar da məcburi köçkünlərdən ibarətdir.
Turkustan.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutun baş direktoru professor Zakir Eminov bildirib.
Qeyd edək ki, Coğrafiya İnstitutun Elmi şurasında “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin 2024-cü il üçün elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatı dinlənilib.
Hesabat zamanı Zakir Eminov qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə 511 kənd yaşayış məntəqəsi daxildir və bu iqtisadi rayon respublika üzrə kəndlərin sayına görə son yerlərdən birini tutur.
1989-cu ildə əhalisinin sayı 100-500 nəfər olan kəndlər (287 kənd) sayına görə birinci yeri tuturdu və bu kəndlərdə 71,9 min nəfər əhali var idi.
Z.Eminov bildirib ki, Böyük Qayıdış dövlət siyasəti işğaldan əvvəlki Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur.
“Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” adlı elmi tədqiqat işi aparmış Z.Eminov bildirib ki, XX əsrin 90-cı illərindən başlanan demoqrafik azalmalar 2005-ci ilə qədər davam edib, 2005-2016-cı illərdə yenidən müşahidə edilən artım bu dövrdən sonra geriləyib.
Tam oxu
Xəbəri oxu