Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb.
Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov bu komandanın heyətində Premyer Liqada meydana çıxdığı 267 oyunda 5 qol vurub.
Qeyd edək ki, o, "Qarabağ"la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.
Ayron Qomis “Zirə”ni tərk etdi - RƏSMİ “Sabah”dan yeni transfer - RƏSMİ Yevgeni Kukseviç: “Bunun üçün cəsarətli olmaq lazımdır” “Şəfa”da yeni müqavilə - RƏSMİ Xorvatiyalı müdafiəçi “Araz-Naxçıvan”da - RƏSMİ