Qarabağdakı gizli tunelin sirri açıldı Xocavənddən İrəvana qədər... | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Xəbər verdiyimiz kimi, Xocavənddə “Böyük Ermənistana aparan tunel” aşkarlanıb.
Belə ki, bununla bağlı “Hans Kloss” profili ilə tanınan hərbi bloger paylaşım edib.
Məlumata görə, düşmən zabitinin qazdığı sığınacağın girişi pianino vasitəsilə bağlanıb.
Hətta deyilir ki, işğaldan azad edilən digər ərazilərdə də belə tunellər, keçidlər çoxdur, amma bəziləri aşkar edilməyib.
Globalinfo.az-a danışan Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov tunel məsələsi müəmmalıdır: “Qarabağ ərazisini mənim kimi yaxşı tanıyan adam yoxdur.
Uşaqlığım o torpaqlarda keçib. Açığı, tunel məsələsinə inanmıram.
Birincisi, tunel qazan zaman 1 kilometr sonra havasızlıq yaranır və insan ölə bilər. Normalda heç kim orada axıra kimi gedə bilməz.
İkincisi, Xocavənddən İrəvana qədər böyük məsafə var. Həmçinin mürəkkəb dağlar, qayalar mövcuddur.
Tam oxu
Xəbəri oxu