Qarabağdakı keçmiş separatçı rejimin komandanı 5,5 il müddətinə həbs edilib

07.02.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Cinayət Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "komandanı" Cəlal Arutyunyanı xidməti səhlənkarlıqda təqsirli bilərək 5,5 il müddətinə azadlıqdan məhrum edib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

İttiham hökmünə əsasən, Arutyunyan 2020-ci ildə hərbi qulluqçuların ölümünə səbəb olan xidməti səhlənkarlıq törədib. "General"ın vəkilləri əvvəllər bildirmişdilər ki, o, ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью