Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bunu İqtisadiyyat nazirliyinin aparat rəhbəri Elvin Camalov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilə dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, növbəti vəzifə bu böyük qayıdışın iqtisadi bazasını, istehsalı və iş yerlərini artırmaqdır.
"Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyatdan keçib, təqribən 3 milyard manatlıq məhsul istehsal olunub. Ümumilikdə, bu ərazilərdə özəl sektorun 1300-dən çox layihəsi həyata keçirilir", - deyə E. Camalov əlavə edib.