“Qarabağ”dan antirekord

14.12.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ" avrokubok mövsümündəki məğlubiyyət sayını 8-ə çatdırıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri üç dəfə Çempionlar Liqası, beş dəfə Avropa Liqasında uduzublar.

Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində "Lüdoqorets"ə 1:2, Zaqreb "Dinamo"suna 0:3 və 0:2 hesabları ilə məğlub olub. Avropa Liqasının əsas mərhələsinə düşən "Qarabağ" "Tottenhem"lə "Ayaks"a 0:3, "Lion"a 1:4, "Malmö"yə 1:2, "Elfsborq"a 0:1 hesabı ilə uduzub.

Bununla da Ağdam klubu Azərbaycan təmsilçilərinin Avropadakı antirekordunu təkrarlayıb. 2016/17 mövsümündə "Qəbələ" 8 məğlubiyyət alıb. "Qarabağ"ın öz antirekordu isə 7 dəfə uduzduğu 2018/19 mövsümünə təsadüf etmişdi.

Qeyd edək ki, "Qarabağ" avrokubokların cari mövsümündə 12 oyun keçirib. 8 dəfə uduzan komandanın 4 qələbəsi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью