“Qarabağ”dan ayrılan futbolçu Türkiyə klubuna keçə bilər

14.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”dan ayrılan Adama Diakabi karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bandırmaspor” fransalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Klubun nümayəndələri yaxın günlərdə Diakabi ilə görüşəcək.

Adama ötən mövsüm “Qarabağ”la Premyer Liqada 16 oyunda 5 qol vurub. Oyunçunun klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью